

Nigeriyalı hücumçu Viktor Osimhen Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun 80 milyon avroluq təklifini rədd edərək, "Qalatasaray"da mövsümün sonuna qədər qalmağa qərar verib.
Daylinews-Az xəbər verir ki, "Napoli"yə məxsus olan, lakin hazırda icarə əsasında "Qalatasaray"da çıxış edən Osimhen Səudiyyə klubunun cəlbedici maliyyə təklifinə baxmayaraq, İstanbul klubunda qalmağa üstünlük verib.
Məlumata görə, Osimhen "Qalatasaray"la çempionluğu qazanmaq üçün bu qərarı verib və yalnız mövsüm başa çatdıqdan sonra gələcək karyerası ilə bağlı düşünəcək.
Bundan başqa, "Mançester Yunayted", "Çelsi" və "Yuventus" da "Napoli"yə Osimhenin transferi üçün 75 milyon avroluq təklif göndərib və onun yayda Avropanın top klublarına keçidi mümkündür. https://daylinews-az.com/viktor-osimhen-80-milyon-avroluq-teklifi-redd-etdi-ve-qalatasarayda-qalmaga-qerar-verdi/
Comments
Post a Comment