"Qarabağ" futbol klubu Misli Premyer Liqasının XXIV turunda "Sabah"la 1:1 hesablı heç-heçə edərək Azərbaycan çempionatında öz rekordunu yenidən təkrarlayıb. daylinews-az.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən bildirir ki, Qurban Qurbanovun baş məşqçilik etdiyi Ağdam təmsilçisi bu matçda mövsümdəki 60-cı qolunu vurub. Komandanın tarixi rekordunu təkrarlamasına səbəb olan qolu isə Abdullah Zubir vurub.

Bu nəticə ilə "Qarabağ" Azərbaycan çempionatlarında 60-cı qola 24-cü oyunda çatma rekordunu dördüncü dəfə təkrarlayıb. Klub daha əvvəl 2003/2004, 2021/2022 və 2023/2024 mövsümlərində də eyni uğura imza atmışdı. Xüsusilə, ötən mövsümdə Ağdam təmsilçisi 24 matçda 61 qol vurmaqla rekordunu daha da yaxşılaşdırmışdı.

Azərbaycan çempionatlarının ümumi tarixində isə ən sürətli 60 qol rekordu "Kəpəz" klubuna aiddir. Gəncə təmsilçisi 1995/96 mövsümündə cəmi 17 matçda 60-cı qolunu vurmaqla Azərbaycan futbol tarixində nadir bir uğura imza atmışdı. https://daylinews-az.com/qarabag-azerbaycan-cempionatinda-tarixi-rekordunu-yeniden-tekrarlayib/

Comments

Popular posts from this blog