Siyəzən rayonunda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı-Xudat marşrutu üzrə hərəkət edən avtobus yük maşını ilə toqquşub.
Qəza nəticəsində 72 yaşlı Xaçmaz sakini Nazim Kiçikbəyov xəsarət alıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb, ilkin tibbi müdaxilədən sonra evə buraxılıb.
Hadisə zamanı avtobusda 51 sərnişin olub. Toqquşma nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Qəzanın səbəblərinin araşdırılması üçün istintaq aparılır. https://daylinews-az.com/azerbaycanda-51-sernisin-dasiyan-avtobus-yuk-masini-ile-toqqusdu/

Comments
Post a Comment