Azərbaycanda çörəyin çəkisi niyə azaldı?
Son günlər yayılan məlumatlara əsasən, mağazalarda 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı, 620 qramlıq yeni çörək də satışa çıxarılacaq və qiyməti 65 qəpik olacaq.

Bu dəyişikliklər fonunda əsas diqqət çəkən məqam satışda olan 55 qəpiklik çörəyin çəkisinin azalmasıdır.

Çörəyin çəkisində və qiymətində baş verən dəyişikliklər

- Yanvar 2022: Dövlət Xidmətinin açıqlamasına görə, çörəyin qiyməti 50 qəpikdən 65 qəpiyə yüksəldilmişdi və çəkisi 650 qram müəyyən edilmişdi.

- Avqust 2022: İstehsalçılar qiymət artımını izah edərkən, 650 qram çörək istehsal edəcəklərini vurğulamışdılar.

- Son dəyişikliklər:

- Unun bir kisəsinin topdansatış qiyməti 40.70 manatdan 25 manata qədər azalıb (təxminən 40% ucuzlaşma).

- Bunun nəticəsində 650 qramlıq çörəyin qiyməti 70 qəpikdən 55 qəpiyə düşüb (21.5% ucuzlaşma).

- Lakin indi çörəyin çəkisi 510 qrama salınıb, yəni 21.5% azaldılıb.

Bu o deməkdir ki, unun ucuzlaşması çörəyin qiymətinə real təsir etməyib, əksinə, istehsalçılar çəki azaltmaqla bu fərqi kompensasiya ediblər. https://daylinews-az.com/azerbaycanda-coreyin-cekisi-niye-azaldi/

Comments

Popular posts from this blog