Azərbaycanda iki il ərzində 5300 müəllim sertifikasiya imtahanından kəsildiyi üçün işdən çıxarılıb
Son iki il ərzində Azərbaycanda 5300 məktəb müəllimi sertifikasiya imtahanlarında zəif nəticə göstərdiyinə görə işdən uzaqlaşdırılıb. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimat sessiyasında çıxışı zamanı bildirib.

"İmtahanlarda aşağı nəticə göstərən müəllimlər tədricən təhsil sistemindən uzaqlaşdırılır. Təhsil sahəsində islahatlar gələcək üç il ərzində də davam edəcək. Əsas problem islahatlara sıfırdan deyil, mənfi bir nöqtədən başlayıb sıfıra çatmaqdır", - deyə Əmrullayev qeyd edib.

Nazirin sözlərinə görə, əgər islahatlara indi başlanmasa, yaxın gələcəkdə təhsildə vəziyyət daha da acınacaqlı olacaq. O əlavə edib ki, 2026-cı ilə qədər bütün fənn müəllimlərinin sertifikasiyadan keçirilməsi planlaşdırılır.

"Əgər islahatlarımız uğurla davam edərsə, zəif nəticə göstərən müəllimlərin sayı azalacaq, lakin hər müəllimə düşən şagird sayı artacaq. Bununla yanaşı, təhsil sahəsində gənc müəllimlərin payı 20% yüksələcək", - deyə nazir vurğulayıb.

Əmrullayev həmçinin bildirib ki, pedaqoji universitetlərin gənc məzunları arasında sertifikasiya imtahanlarından zəif nəticə göstərənlər olduqca azdır. Onların əksəriyyəti imtahandan uğurla keçib. "Aparılan islahatlar nəticəsində ən zəif müəllimlər gənc və istedadlı pedaqoqlarla əvəz olunacaq", - deyə nazir yekunlaşdırıb. https://daylinews-az.com/azerbaycanda-iki-il-erzinde-5300-muellim-sertifikasiya-imtahanindan-kesildiyi-ucun-isden-cixarilib/

Comments

Popular posts from this blog