Yakub Sefer:
Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Yakub Sefer Zəngəzur dəhlizinin açılmasının hazırda ən vacib məsələ olduğunu vurğulayıb.

daylinews-az.com xəbər verir ki, Yakub Sefer dəhlizin açılmasının tranzit daşımalar və ticarət əlaqələrinin genişlənməsinə böyük töhfə verəcəyini bildirib:

"Zəngəzur dəhlizinin açılması həm tranzit daşımaların artmasına, həm də regionda ticarət əlaqələrinin güclənməsinə böyük təsir göstərəcək. Ələt iqtisadi zonası bu baxımdan strateji əhəmiyyət daşıyır və bölgəni logistik mərkəzə çevirəcək."

Baş ticarət müşaviri əlavə edib ki, dəhliz üzrə infrastrukturun gücləndirilməsi də vacibdir:

"Qazaxıstan və Türkmənistandakı liman infrastrukturunun gücləndirilməsi ilə yanaşı, Ələt limanında istifadə olunan ro-ro gəmilərinin də yenilənməsi labüddür. Hazırda bu gəmilər çox köhnədir və yeniləmə işləri zəruridir." https://daylinews-az.com/yakub-sefer-en-onemli-mesele-zengezur-dehlizinin-acilmasidir/

Comments

Popular posts from this blog