Xalq artisti Flora Kərimova, plastik cərrah Sevinç Heydərova ilə bağlı uzun sürən məhkəmə çəkişməsində qalib gəldi.

Daylinews-az.com xəbər verir ki, məhkəmə qərarı əsasında S. Heydərovanın tibbi lisenziyası ləğv edilib. Bu qərar, xalq artistinin vəkili Əlcan Həsənlinin 2024-cü ilin əvvəlində Səhiyyə Nazirliyinə etdiyi müraciətdən sonra qəbul olunub.

Araşdırmalar hansı faktları üzə çıxardı?

- S. Heydərovanın plastik cərrah kimi ixtisasını qanunsuz şəkildə dəyişdiyi məlum olub.

- 2019-cu ildə Türkiyənin Bağcılar Təhsil və Araşdırma Xəstəxanasında uzunmüddətli kurs keçdiyini iddia etsə də, yalnız 1-2 günlük təlimlərdə iştirak etdiyi təsdiqlənib.

- Türkiyə tərəfi cərrahın ixtisas dəyişdirməsi ilə bağlı təqdim etdiyi sənədlərin saxta olduğunu bildirib.

- Professor Mehmet Bozkurt onun adından hər hansısa sertifikat verildiyini rədd edib.

Toplanmış sənədlər Baş Prokurorluğa, Səhiyyə Nazirliyinə və Türkiyə rəsmilərinə təqdim edildikdən sonra, S. Heydərovanın lisenziyası rəsmi olaraq ləğv olunub.

Hadisənin başlanğıcı

Xalq artisti Flora Kərimova 2021-ci ildə S. Heydərovaya blefaroplastika (göz qapağı əməliyyatı) üçün müraciət edib. Lakin əməliyyatdan sonra gözlərində ciddi fəsadlar yaranıb, görmə qabiliyyəti isə xeyli zəifləyib. https://daylinews-az.com/?p=4219

Comments

Popular posts from this blog