Azərbaycan qadın boksçuları dünya çempionatında mübarizə aparacaq
8-16 mart tarixlərində Serbiyanın Niş şəhərində keçiriləcək qadınlar arasında boks üzrə dünya çempionatında Azərbaycan yığması da iştirak edəcək.

Daylinews-az xəbər verir ki, millinin baş məşqçisi İlkin Ağayev bu yarışda altı boksçuya şans verəcək. Dünya çempionatında Azərbaycanı aşağıdakı idmançılar təmsil edəcək:

- 48 kq – Anaxanım İsmayılova

- 50 kq – Marconə Savriyeva

- 54 kq – Zeynəb Rəhimova

- 57 kq – Aynur Mikayılova

- 70 kq – Emil Rzayeva

- +81 kq – Aynur Rzayeva

Milli komanda yarış üçün Serbiyaya yola düşüb və çempionatın başa çatmasından bir gün sonra, 17 martda Bakıya qayıdacaq. https://daylinews-az.com/azerbaycan-qadin-boksculari-dunya-cempionatinda-mubarize-aparacaq/

Comments

Popular posts from this blog