

ABŞ Kanada və Meksikaya qarşı yeni ticarət məhdudiyyətləri tətbiq edib. Bununla bağlı Kanadanın baş naziri Çastin Tryudo və Meksikanın prezidenti Klaudiya Şeynbaum mövqe bildiriblər.
Tryudo ABŞ-ın Kanadaya qarşı 25% gömrük rüsumu tətbiq etməsini ticarət müharibəsinin başlanğıcı kimi qiymətləndirib. O, Ottavanın 107,4 milyard dollarlıq Amerika məhsullarına cavab olaraq eyni miqdarda tariflər tətbiq edəcəyini bildirib. Kanada həmçinin Dünya Ticarət Təşkilatına və USMCA çərçivəsində hüquqi iddialar qaldırıb.
Meksika da ABŞ-ın qərarına cavab olaraq yeni gömrük rüsumları və əlavə ticarət məhdudiyyətləri tətbiq edəcəyini açıqlayıb. Prezident Şeynbaum qərarın bazar günü ictimaiyyətə elan ediləcəyini bildirib.
Qeyd edək ki, ABŞ Çin, Kanada və Meksikadan gətirilən mallara 25%-lik yeni rüsum tətbiq edib. Bundan əlavə, Çindən idxal olunan məhsullara tariflər 20%-ə qədər artırılıb. ABŞ Avropa İttifaqına qarşı da tariflər tətbiq edəcəyini və "ayna tariflər" siyasəti ilə cavab tədbirləri görə biləcəyini bəyan edib. https://daylinews-az.com/cin-ve-kanada-ticaret-muharibesine-cavab-olaraq-abs-a-qarsi-gomruk-rusumlari-tetbiq-edir/
Comments
Post a Comment