26 il əvvəl oğurlanan körpə qız sağ tapıldı
ABŞ-ın Konnektikut ştatında 26 il əvvəl körpə ikən itkin düşən Andrea Mişel Reyes möcüzəvi şəkildə tapılıb.

Mirror-un məlumatına görə, Andrea 1999-cu ilin oktyabrında, cəmi 23 aylıq olarkən evdən oğurlanıb. Onun anası Roza Tenorio tərəfindən qaçırıldığı güman edilirdi. Rozanın qızının qanuni qəyyumluğu olmadığı üçün ona qarşı məhkəmə qərarı çıxarılmışdı.

Aparılan intensiv axtarışlara baxmayaraq, nə Andrea, nə də Roza illərlə tapılmadı. 2009-cu ildə Roza üçün yenidən həbs qərarı verildi, lakin bu da nəticə vermədi. Ailəsi uzun illər Andrea üçün mübarizə aparsa da, heç bir ipucu əldə edə bilmədi.

Bu ilin əvvəlində Nyu-Heven polisi "soyuq iş" kimi bağlanmış bu hadisəni yenidən araşdırmağa başlayıb. Məsələ sosial media, axtarış orderləri və yeni ifadələrlə yenidən gündəmə gəlib. Andrea, özünü atası hesab edən şəxslə əlaqə saxlayıb və DNT testi verdikdən sonra onun həqiqətən də itkin düşmüş uşaq olduğu təsdiqlənib.

DNASolves.com-un açıqlamasında qeyd edilir ki, "bizə müraciət edən qadın 1999-cu ildə oğurlanan körpə Andrea olduğu müəyyən edilib."

Hazırda 27 yaşında olan Andrea, illər sonra atasına qovuşub. Onun anası ilə münasibətlərinin necə olduğu isə hələlik sirr olaraq qalır.

Bu hadisə Konnektikut ştatında Othram şirkətinin genetik tədqiqat texnologiyası vasitəsilə həll edilən yeddinci itkin düşmə hadisəsidir. Othram və Milli İtkin Şəxslər Məlumat Sistemi Andrea və anasının Meksikanın Pueblo şəhərində yaşadığını müəyyən edib. Andrea-nın atası illərlə Meksikaya qızını tapmaq üçün səfərlər etsə də, bu səylər nəticəsiz qalıb. FBI isə bu işin həllində rol oynayaraq, Andrea-nın yaşlanmış halını təsvir edən şəkillər hazırlayıb və bu, araşdırmaya yeni təkan verib. https://daylinews-az.com/?p=5036

Comments

Popular posts from this blog