ABŞ Kanada və Meksikaya Qarşı Gömrük Rüsumlarının Tətbiqinə Başlayır
Ağ Ev rəsmi açıqlama yayaraq ABŞ hökumətinin Kanada və Meksikaya qarşı gömrük rüsumları tətbiq etməyə başladığını bildirib.

Rəsmi sənəddə qeyd olunur ki, Prezident Donald Tramp bu addımı ABŞ-ın milli təhlükəsizliyinə, o cümlədən səhiyyə sisteminə qarşı yaranan fövqəladə təhlükə ilə mübarizə üçün atır. Xüsusilə narkotik maddələrin nəzarətsiz dövriyyəsi əsas problem kimi vurğulanır.

Açıqlamada həmçinin qeyd edilir ki, Kanada və Meksikanın narkotik ticarəti ilə məşğul olan şəxsləri həbs etməməsi, narkotik maddələri müsadirə etməməsi və ABŞ hüquq-mühafizə orqanları ilə kifayət qədər əməkdaşlıq etməməsi ölkənin təhlükəsizliyinə ciddi təhdid yaradır. Ağ Ev bu səbəbdən gömrük rüsumlarının tətbiqini zəruri addım kimi qiymətləndirib. https://daylinews-az.com/abs-kanada-ve-meksikaya-qarsi-gomruk-rusumlarinin-tetbiqine-baslayir/

Comments

Popular posts from this blog