Apreldə Orenburqdan Bakıya birbaşa reyslər başlayır
Aprelin 20-dən etibarən Rusiyanın “IrAero” aviaşirkəti Orenburq – Bakı – Orenburq marşrutu üzrə birbaşa uçuşlara start verəcək. Uçuşlar hər bazar günü Sukhoi Superjet 100 tipli təyyarələrlə həyata keçiriləcək.

Orenburq hava limanının məlumatına əsasən, Bakıdan yola düşmə saatı 08:00, Orenburqa eniş isə 11:30-da olacaq. Eyni gün Orenburqdan saat 12:30-da havaya qalxacaq təyyarə 14:00-da Bakıya çatacaq. Qeyd olunan vaxtlar hər şəhər üçün yerli saatla göstərilib. Uçuşun müddəti təxminən 2 saat 30 dəqiqədir.

“IrAero”nun məlumatına əsasən, Standart tarifinə görə bir istiqamətli uçuşun qiyməti 14 600 rubl (təxminən 290 manat), Optimal+ seçimi üzrə isə 18 300 rubl (təxminən 370 manat) təşkil edir. https://daylinews-az.com/?p=5549

Comments

Popular posts from this blog