Misli Premyer Liqası:
Azərbaycan Misli Premyer Liqasının XXVII turunun son oyununda "Sumqayıt" səfərdə "Turan Tovuz" üzərində 2:1 hesablı qələbə qazandı.

Matç Tovuz şəhər stadionunda baş tutdu. Meydan sahibləri oyunun əvvəlində hesabı açdı – 8-ci dəqiqədə Ayxan Hüseynov fərqləndi. Lakin qonaqlar 18-ci dəqiqədə Ayxan Süleymanlının qolu ilə hesabı bərabərləşdirdi. Qələbə qolunu isə 64-cü dəqiqədə Bobur Abduxalıqov vurdu.

Bu nəticədən sonra "Sumqayıt" 28 xalla turnir cədvəlində 7-ci pilləyə yüksəldi. "Turan Tovuz" isə 43 xalla 4-cü yerdə qaldı. https://daylinews-az.com/?p=5200

Comments

Popular posts from this blog