Xaricdə təhsil almaq istəyənlər üçün sənəd qəbulu tarixləri açıqlandı
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Mədəni və yaradıcılıq sənayeləri üçün xüsusi təqaüd proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura səviyyəsində təhsil almaq üçün sənəd qəbulu 2 aprel 2025-ci ildən başlayacaq.

Daylinews-Az xəbər verir ki, bu barədə nazirlik rəsmi məlumat yayıb. Proqram mədəniyyət və yaradıcılıq sahələrində peşəkar mütəxəssislərin yetişdirilməsini hədəfləyir və aşağıdakı istiqamətləri əhatə edir:

- Audiovizual musiqi

- Kino və animasiya

- Videoqrafiya və fotoqrafiya

- Moda və dizayn

- Kuratorluq və memarlıq

- Tədbirlərin təşkili

- Mədəni və yaradıcı menecment

- Nəşriyyat işi və onun təşkili

- Oyun sənayesi

- Teatr, komediya və performans

- Kreativ texnologiyalar

Təqaüd proqramı ilə bağlı ətraflı məlumat, müraciət qaydaları və tələblər mystart.az saytında, Mədəniyyət Nazirliyinin rəsmi informasiya resurslarında və sosial media hesablarında təqdim olunacaq. https://daylinews-az.com/xaricde-tehsil-almaq-isteyenler-ucun-sened-qebulu-tarixleri-aciqlandi/

Comments

Popular posts from this blog