

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də “Barselona” Futbol Klubunun prezidenti Xuan Laportanı qəbul edib.
İspaniya nəhənginin rəhbəri Azərbaycana səfəri və əməkdaşlıq imkanları barədə danışıb
Məlumata görə, Xuan Laporta Prezident İlham Əliyevlə görüşə görə təşəkkür edib və Bakıya ikinci dəfə gəlməkdən məmnunluğunu ifadə edib. O, ilk dəfə COP29 tədbiri çərçivəsində Azərbaycana səfər etdiyini və paytaxtın dinamik inkişafından böyük təsirləndiyini bildirib. “Barselona” rəhbəri Azərbaycanda idman və futbol sahəsində geniş əməkdaşlıq potensialı gördüyünü və məhz buna görə qısa müddət ərzində ölkəmizə yenidən səfər etdiyini vurğulayıb.
Futbol akademiyası və uşaq futbolunun inkişafı müzakirə olunub
Görüşdə Azərbaycanda futbolun inkişafına dövlət qayğısı və bu sahədə həyata keçirilən layihələr müzakirə edilib. Nüfuzlu beynəlxalq idman yarışlarının, həmçinin yüksək səviyyəli futbol oyunlarının Azərbaycanda uğurla təşkil olunduğu xüsusi vurğulanıb.
Daha sonra “Barselona” Futbol Akademiyasının Azərbaycanda yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib. Akademiyanın gələcək fəaliyyəti, Azərbaycanda uşaq futbolunun inkişafına töhfəsi və əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda Xuan Laporta Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib. https://daylinews-az.com/prezident-ilham-eliyev-barselona-klubunun-prezidentini-qebul-edib/
Comments
Post a Comment