

Azərbaycanlı güləşçi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal əldə edib.
Azərbaycan Güləş Federasiyasının məlumatına görə, idmançımız final qarşılaşmasında İtaliya təmsilçisi Aurora Russo ilə üz-üzə gəlib. Daha əvvəl U-20 Avropa və dünya çempionu olmuş rəqibinə qarşı inamlı çıxış edən Qurbanova 4:0 hesabı ilə qələbə qazanıb.
Beləliklə, cəmi 17 yaşlı Günay Qurbanova qitə birinciliyində çempionluq tituluna sahib olub. https://daylinews-az.com/gunay-qurbanova-avropa-cempionatinda-qizil-medal-qazandi/
Comments
Post a Comment