6 mart üçün Azərbaycanda hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında martın 6-da hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Gün ərzində şimal-qərb küləyi zəifləyərək cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5°C, gündüz isə 8-13°C arasında dəyişəcək. Atmosfer təzyiqi 768 mm-dən 765 mm civə sütununa düşəcək. Nisbi rütubət gecə 70-80%, gündüz isə 50-55% təşkil edəcək.

Bölgələrdə hava durumu

Ölkənin digər bölgələrində də əsasən yağmursuz hava gözlənilir. Lakin bəzi yerlərdə duman müşahidə oluna bilər. Qərb küləyi bəzi ərazilərdə güclənəcək.

Havanın temperaturu:

- Aşağı dağətəyi ərazilərdə: gecə 0-5°C, gündüz 13-18°C isti.

- Dağlıq ərazilərdə: gecə -3°C-dən -8°C-yə, gündüz isə 5-10°C isti olacaq. https://daylinews-az.com/6-mart-ucun-azerbaycanda-hava-proqnozu-aciqlanib/

Comments

Popular posts from this blog