

Bakıda xalqımızın ən sevilən və dəyərli bayramlarından biri olan Novruz geniş şəkildə qeyd olunur. Paytaxtın bütün rayonlarında təşkil olunan bayram şənlikləri kütləviliyi və rəngarəngliyi ilə seçilir.
Novruzun sevinci yenilənmiş həyətlərdə hiss olundu
Novruz bayramı bu il Nizami və Nəsimi rayonlarında abadlaşdırılmış həyətlərdə xüsusi coşqu ilə qeyd edildi. Həyatyanı sahələrin abadlaşdırılması layihəsi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim Həyət" proqramı çərçivəsində reallaşdırılıb.
Bu gözəl bayram günündə məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri və müharibə veteranları bir araya gələrək Novruzun gətirdiyi bolluq və firavanlıq sevincini birlikdə yaşadılar.
Bayram şənliyi: ənənəvi Novruz personajları və konsert proqramı
Şənlik zamanı xalq artistləri və müğənnilər çıxış etdi, kanat ustaları maraqlı nümayişlər göstərdi. Novruzun ən sevilən personajları - Kosa, Keçəl və Bahar qızı isə sakinlərlə birlikdə oynayaraq bayram tonqalı ətrafında rəqs etdilər.
Son illərdə Bakıda 400-ə yaxın həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib. Novruz ərəfəsində bu həyətlər xüsusi bayram ab-havasına büründü, süfrələr səməni, şirniyyatlar və digər bayram ləzzətləri ilə bəzədildi, beləliklə Novruzun ruhu hər kəsə çatdırıldı. https://daylinews-az.com/bakinin-yenilenmis-heyetlerinde-novruz-cosqusu-qonsular-bayrami-birlikde-qeyd-etdiler/
Comments
Post a Comment