

Belarusda prezidentin andiçmə tarixi açıqlandı
Belarusda prezident seçkilərində qalib gələn Aleksandr Lukaşenkonun rəsmi andiçmə mərasiminin 25 mart 2025-ci il tarixində keçiriləcəyi bildirilib.
Ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) verdiyi açıqlamada, dövlət başçısı vəzifəsini yenidən icra edəcək Lukaşenkonun həmin gün vəzifəsinə rəsmi olaraq başlayacağı qeyd olunub.
“Mövcud prezident Aleksandr Lukaşenkonun yeni dövr üçün səlahiyyətlərinin icrasına başlaması məqsədilə 25 mart 2025-ci ildə rəsmi andiçmə mərasimi keçiriləcək” – BelTA agentliyi MSK-nın məlumatına istinadən xəbər yayıb. https://daylinews-az.com/belarusda-prezidentin-andicme-tarixi-aciqlandi/
Comments
Post a Comment