

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) dünya üzrə ən yaxşı 501 komandanın yer aldığı reytinq siyahısını açıqlayıb. Daylinews-Az xəbər verir ki, Azərbaycan bu siyahıda üç klubu ilə təmsil olunub.
"Qarabağ" 147.75 xal toplayaraq 103-cü sırada qərarlaşıb. Bu nəticə ilə Ağdam təmsilçisi əvvəlki ayla müqayisədə 16 pillə geriləyib. "Zirə" 98.25 xal toplayaraq 219-cu yerdə yer alıb və əvvəlki mövqeyindən 11 pillə geriyə düşüb. "Səbail" isə reytinqdə əhəmiyyətli bir irəliləyiş edib. 68.5 xalla 353-cü yeri tutan paytaxt klubu ötən aya nisbətən 61 pillə irəliləyib.
Ötən ay siyahıda yer alan "Turan Tovuz" isə bu dəfə reytinqdən kənarda qalıb. Qeyd edək ki, siyahının lideri 507 xalla "Real Madrid"dir. https://daylinews-az.com/?p=5056
Comments
Post a Comment