

Böyük Britaniya kralı III Karl 27 mart tarixində xərçəng xəstəliyinə qarşı aparılan müalicə zamanı yaranmış müvəqqəti fəsadlar səbəbindən xəstəxanaya yerləşdirilib. Bu barədə The Guardian qəzeti Bukinhem sarayının mətbuat xidmətinə istinadən xəbər yayıb.
76 yaşlı monarx planlı müalicə prosedurundan keçib və bu səbəbdən qısa müddətə xəstəxanada qalmalı olub. Hadisə ilə əlaqədar olaraq onun bütün gündəlik rəsmi görüşləri təxirə salınıb. Saray rəsmisi bildirib:
"Əlahəzrət artıq Klarens-Hausa qayıdıb. Həkimlərin tövsiyəsinə əsasən, sabahkı görüşlər də ehtiyat tədbiri olaraq təxirə salınacaq."
Xatırladaq ki, 2024-cü ilin fevralında III Karla xərçəng diaqnozu qoyulmuşdu. Həmin ay həmçinin kralın ölüm halında taxtın varisliyinin ötürülməsi ilə bağlı fövqəladə plan – "Menays körpüsü" adı ilə tanınan əməliyyat hazırlanmışdı. Bu plana əsasən, hakimiyyət birbaşa varis olan şahzadə Uilyama ötürüləcək. https://daylinews-az.com/?p=5524
Comments
Post a Comment