Böyük Britaniya sahillərində tanker və yük gəmisi toqquşdu: 32 yaralı
Böyük Britaniyanın sahillərində Şimal dənizində neft tankeri və konteyner gəmisi toqquşub. Hadisə nəticəsində 32 nəfər yaralanıb. Daylinews-Az Sky News-a istinadən xəbər verir ki, Qrimzbi Şərq Limanının icraçı direktoru bu günə qədər 32 nəfərin xəsarət aldığını bildirib.

10 mart tarixində ABŞ-a məxsus neft tankeri və Portuqaliyadan gələn yük gəmisi Şimal dənizində toqquşub. Hadisə Böyük Britaniya sahillərində baş verib və nəticədə böyük yanğın başlayıb. Böyük Britaniya Meteoroloji Bürosu bildirir ki, hadisə baş verən ərazidə görünüş zəif olub. https://daylinews-az.com/boyuk-britaniya-sahillerinde-tanker-ve-yuk-gemisi-toqqusdu-32-yarali/

Comments

Popular posts from this blog