Azərbaycanda bu gecə Ramazan ayının növbəti qədr gecəsi qeyd olunur
Bu gecə Azərbaycanda müqəddəs Ramazan ayının daha bir mübarək gecəsi – ehtimal olunan növbəti Qədr (əl-Qədr, Əhya) gecəsi qeyd olunur. Qədr gecəsi Ramazan ayının 26-cı günündən 27-ci gününə keçən gecəyə – yəni bu il 26 martdan 27 martadək olan gecəyə təsadüf edir. Ənənəvi İslam təqviminə əsasən, bu gecə ilahi mərhəmətin və bağışlanmanın simvolu hesab olunur.

İslam inancına görə, məhz Qədr gecəsində peyğəmbər Məhəmmədə (s) Quran ayələri ilk dəfə vəhy yolu ilə nazil olunmuşdur. Bu səbəbdən, həmin gecə möminlər üçün dualar, ibadətlər və bağışlanma diləmək üçün xüsusi əhəmiyyət daşıyır.

Xatırladaq ki, Azərbaycanda Ramazan ayı 1 mart tarixində başlamış və bu il 30 mart – Şəvval ayının 1-i – Ramazan Bayramı (Fitr) günü kimi qeyd olunacaq. https://daylinews-az.com/azerbaycanda-bu-gece-ramazan-ayinin-novbeti-qedr-gecesi-qeyd-olunur/

Comments

Popular posts from this blog