Azərbaycanda Bu Gün Od Çərşənbəsi Qeyd Olunur
Bu gün Azərbaycanda Od Çərşənbəsi qeyd edilir. Bu, Novruz bayramından əvvəlki Boz ayının ikinci çərşənbəsidir və xalq arasında xüsusi rituallarla müşayiət olunur.

Daylinews-Az xəbər verir ki, Novruza hazırlıq məhz bu dövrdə başlayır, çünki təbiətin oyanışı bu günlərdə özünü göstərir. Azərbaycan xalqı bu günü böyük təntənə ilə qarşılayır, qədim adət-ənənələrə uyğun olaraq müxtəlif ayinlər icra edir.

Xalq inanclarına görə, Novruza qədər dörd çərşənbə axşamı olur və hər biri təbiətin əsas ünsürlərindən birinə həsr edilir:

- Su Çərşənbəsi – suyun oyanışı

- Od Çərşənbəsi – alovun təmizləyici gücü

- Yel Çərşənbəsi – küləyin hərəkətə keçməsi

- Torpaq (Axır) Çərşənbəsi – torpağın canlanması və baharın gəlişi

Od Çərşənbəsində əsasən tonqal qalanır və insanlar onun üzərindən atlanır. Ənənəyə görə, tonqalı kişi övladı yandırmalıdır ki, alov pak və güclü olsun. Xalq inancına əsasən, od insanı təmizləyir, xəstəlikləri, dərdləri, keçmişin çətinliklərini və pislikləri yandıraraq yox edir. Beləliklə, insan sanki yenidən doğulur və yeni ili ruhən təmiz qarşılayır. https://daylinews-az.com/?p=4892

Comments

Popular posts from this blog