TikTok-un yaradıcısı Çjan İmin Çinin ən varlı adamına çevrildi
“ByteDance” şirkətinin təsisçisi və TikTok platformasının yaradıcısı Çjan İmin (Zhang Yiming) Bloomberg Milyarderlər İndeksinin məlumatına görə, Çinin ən zəngin insanı adını qazanıb. Onun sərvəti 2024-cü ilin əvvəlindən bu yana 13,6 milyard dollar artaraq 57,5 milyard dollara çatıb.

Çjan İmin ilk dəfə olaraq bu reytinqin zirvəsinə yüksəlib və bununla da “Tencent”in qurucusu Ma Xuaten (56,6 milyard dollar) və “Nongfu Spring” markalı içməli su istehsalçısının sahibi Çjun Şanşanı (54,1 milyard dollar) geridə qoyub.

Hazırda Çjan Asiyanın ən zəngin insanları siyahısında Hindistandan olan Mukeş Ambani (90,9 milyard dollar) və Qautam Adaniyə (72,3 milyard dollar) uduzaraq üçüncü yerdə qərarlaşıb.

Onun var-dövləti əsasən “ByteDance” şirkətindəki 21 faizlik payı hesabına formalaşıb. TikTok-un aktiv istifadəçi sayı 1 milyardı keçib, süni intellekt əsaslı Doubao adlı çat-bot isə artıq 75 milyondan çox istifadəçiyə malikdir.

Qeyd edək ki, Çjan 2021-ci ildə “ByteDance”in CEO vəzifəsindən istefa verib, bir neçə ay sonra isə şirkətin idarə heyətindən da ayrılıb.

Tsinxua Universitetinin Qlobal Ailə Biznesi Tədqiqat Mərkəzinin direktoru Hao Gao bildirir ki, Çjan əvvəlki Çinli milyarderlərdən əsaslı şəkildə fərqlənir:

“Onun biznes modeli daha innovativdir və qlobal bazara fokuslanıb.”

Çjan özü də 2017-ci ildəki müsahibəsində bildirib ki, “Biz xəbər platforması deyilik. Daha çox axtarış sistemi və ya sosial şəbəkə platformasına bənzəyirik. Həqiqətən yenilikçi işlər görürük. Heç bir məhsul və texnologiyada ABŞ şirkətlərini təkrarlamırıq.”

Bu arada ABŞ-da TikTok-un gələcəyi ilə bağlı qeyri-müəyyənlik qalır. Aprelin 5-nə qədər TikTok-un ABŞ-dakı aktivlərinin satılması üçün son müddət müəyyən olunub. Əks halda, platformanın ölkədə fəaliyyətinə qadağa qoyula bilər. Bloomberg News yazır ki, “Oracle” bu satışda potensial iştirakçı kimi nəzərdən keçirilir və müəyyən texniki nəzarəti saxlayaraq ABŞ bazarında TikTok-un təhlükəsizliyinə zəmanət verə bilər. https://daylinews-az.com/?p=5515

Comments

Popular posts from this blog