

Daylinews-Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti 5 mart üçün hava proqnozunu açıqlayıb. Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağıntısız keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə zəif duman müşahidə oluna bilər. Günorta saatlarında mülayim cənub-qərb küləyi bəzi yerlərdə güclənəcək, axşama doğru isə şimal-qərb küləyi ilə əvəz olunacaq.
Temperatur:
- Gecə: 0–3° isti
- Günorta: 9–14° isti
Atmosfer təzyiqi 769 mm civə sütunundan 762 mm-ə düşəcək. Rütubət səviyyəsi gecə 70–80%, gündüz isə 55–60% olacaq.
Ölkə rayonlarında hava əsasən yağıntısız keçəcək, bəzi yerlərdə duman gözlənilir. Qərb küləyi bəzi ərazilərdə güclənəcək.
Temperatur:
- Düzən rayonlar: Gecə 0–5° isti, gündüz 11–16° isti
- Dağlıq ərazilər: Gecə 5–10° şaxta, gündüz 3–8° isti
Bəzi dağlıq rayonlarda gecə və səhər saatlarında buzlanma ehtimalı var. https://daylinews-az.com/?p=4898
Comments
Post a Comment