

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, 29 mart 2025-ci il tarixində Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, bəzi saatlarda tutub açılacaq, lakin əsasən yağıntısız keçəcək. Gecə və səhər saatlarında bəzi ərazilərdə duman müşahidə oluna bilər, cəənub-şərq küləyi orta templə əsəcək.
Gecə havanın temperaturu 6-10°, gündüz isə 13-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm-ə enəcək. Rütubət səviyyəsi gecə 70-80%, gündüz isə 55-65% təşkil edəcək.
Azərbaycanın digər rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin dağlıq ərazilərdə qısa müddətli yağış, bəzi hallarda şimşək və dolu ehtimal olunur. Gecə və səhər dumanlı hava şəraiti gözlənilir, qərb küləyi isə arabir güclənəcək.
Havanın temperaturu:
- Aran bölgələrində: Gecə 5-9°, gündüz 19-24° isti
- Dağlıq ərazilərdə: Gecə 2-7°, gündüz 10-15° isti https://daylinews-az.com/?p=5534
Comments
Post a Comment