Euronews Azərbaycandakı Novruz bayramını rəngarəng süjetlə təqdim etdi
Euronews telekanalı Azərbaycanda qeyd olunan Novruz bayramı haqqında rəngarəng və emosional reportaj yayımlayıb. Daylinews-Az xəbər verir ki, süjetdə bu qədim bayramın zərdüştilik dövrünə qədər uzanan tarixi kökləri, onun baharın gəlişi, işığın qaranlıq üzərində qələbəsi və təbiətin yenilənməsi ilə bağlı dərin mənası ön plana çəkilib.

Reportajda Azərbaycanda Novruzun necə böyük coşqu ilə keçirildiyi əks olunub:

- Şəhər və kəndlərdə təşkil olunan xalq şənlikləri

- Ənənəvi geyimlərdə rəqslər və musiqilər

- Tonqal üzərindən tullanmaq kimi qədim adətlərin nümayişi

- Ailə dəyərləri və nəslin birliyini simvolizə edən ortaq süfrələr

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva bildirib ki, Novruz təkcə bir bayram deyil, həm də milli kimliyimizin və mədəni irsimizin simvoludur.

“Bu bayram təkcə Azərbaycanda deyil, bütün türk dünyasında və Yaxın Şərqdə mühüm əhəmiyyətə malikdir. Təbiətin oyanışı ilə birlikdə ailə və cəmiyyət dəyərlərinin vurğulanması da bu bayramın mənəvi yükünü artırır,” – deyə o vurğulayıb.

Novruz Azərbaycanda əsrlər boyu nəsilləri birləşdirən, xalq ruhunu və mədəniyyətini yaşadan bir bayram kimi qeyd olunur və hər il baharın gəlişi ilə daha da rəngarəng şəkildə qeyd edilməyə davam edir. https://daylinews-az.com/?p=5543

Comments

Popular posts from this blog