

Finlandiya ardıcıl səkkizinci dəfə dünyanın ən xoşbəxt ölkəsi adına layiq görülüb.
Daylinews-Az-ın məlumatına görə, BMT-nin sifarişi ilə mütəxəssislər qrupu tərəfindən hazırlanan illik Dünya Xoşbəxtlik Hesabatında Finlandiya yenə zirvədə yer alıb. Siyahıda ikinci və üçüncü yerləri isə Danimarka və İslandiya tutub. Ən sonuncu pillədə isə 147 ölkə arasında Əfqanıstan qərarlaşıb.
Reytinq necə müəyyən edilir?
BMT Baş Assambleyasının təşəbbüsü ilə 2012-ci ildən bəri yayımlanan bu hesabat, müxtəlif sosial və iqtisadi göstəricilərə əsaslanır. Reytinqin tərtib olunmasında Gallup sosioloji xidməti və Oksford Universitetinin Xoşbəxtlik Araşdırmaları Mərkəzi iştirak edir.
Qiymətləndirmədə nəzərə alınan əsas amillər:
- Adambaşına düşən ÜDM
- Sosial dəstək səviyyəsi
- Ömür uzunluğu
- Vətəndaş azadlıqlarının qorunması
- İşsizlik və məşğulluq zəmanətləri
- Korrupsiya səviyyəsi və digər sosial rifah göstəriciləri
Hesabatın nəticələri son üç ilin göstəricilərinin orta hesabına əsaslanır.
Xoşbəxtlik günü və reytinqin açıqlanması
Hər il 20 martda qeyd olunan Beynəlxalq Xoşbəxtlik Gününə həsr edilən bu hesabat, dünyanın ən yaşamaq üçün rahat və xoşbəxt ölkələrini müəyyənləşdirmək üçün əsas göstəricilərdən biri hesab edilir. https://daylinews-az.com/finlandiya-yeniden-dunyanin-en-xosbext-olkesi-secildi/
Comments
Post a Comment