

Əfsanəvi alman Formula 1 pilotu Mixael Şumaxerin sağlamlıq durumu yenidən gündəmə gəlib. Son məlumatlara görə, onun vəziyyəti kəskin şəkildə pisləşib və artıq düşüncələrini sözlə ifadə edə bilmir.
Bildirilir ki, hazırda Şumaxerə çıxışı olan şəxslərin sayı 20 nəfəri keçmir. Onun ailəsi şəxsi həyatını və səhhətinə dair məlumatları ciddi şəkildə gizli saxlayır və bütün qərarları onun xeyrinə verir. Mixael hələ də daimi tibbi nəzarət altında yaşayır.
Xatırladaq ki, 2013-cü ildə Şumaxer Fransanın Alp dağlarında xizək sürərkən başından ağır zədə almışdı. O, bir neçə ay dərman vasitəsilə süni komada saxlanılmış, daha sonra isə uzunmüddətli reabilitasiya müalicəsinə başlanmışdı.
Şumaxer, Formula 1 tarixində yeddi dəfə dünya çempionu olmuş və bir sıra rekordlara imza atmış əfsanəvi pilotdur. 2024-cü ilin oktyabr ayında o, qızı Cinə-Mariya Şumaxerin İen Betke ilə evlilik mərasimində iştirak etmişdi. Toy İspaniyanın Mayorka adasında, qapalı şəraitdə keçirilmişdi. https://daylinews-az.com/mixael-sumaxerin-veziyyeti-keskin-pislesib-artiq-danisa-bilmir/
Comments
Post a Comment