

Kanadanın baş naziri Castin Trüdo parlament binasından çıxarkən jurnalistlərin obyektivinə maraqlı bir an düşüb. O, əlində kreslosunu tutaraq, kameraya baxıb dil çıxarıb.
Bu qeyri-adi məqamı Reuters agentliyi qeydə alıb. Fotoda Trüdonun kameraya baxaraq zarafat etdiyini görmək mümkündür. O, bu hərəkəti öz varisi Mark Karni ilə görüşdən sonra edib.
Mark Karni Kanadanın keçmiş Mərkəzi Bank rəhbəridir. Martın 10-da o, ölkənin hakim Liberal Partiyasının lideri seçilib və növbəti baş nazir olmağa hazırlaşır. Yeni lider artıq ilk bəyanatlarını verib, o cümlədən, Kanadanın "heç bir halda" ABŞ-ın tərkib hissəsinə çevrilməyəcəyini vurğulayıb.
Trüdo bu ilin yanvarında istefasını elan etmişdi. 10 il baş nazir vəzifəsində çalışdıqdan sonra onun reytinqi ən aşağı səviyyəyə düşdü. New York Post-un məlumatına görə, Trüdo seçkilərdə qalib gəlmək şansının olmadığını başa düşdükdən sonra istefa qərarı verib. https://daylinews-az.com/trudo-parlamenti-terk-etdi-kameraya-dil-cixardi-ve-kreslosunu-ozu-ile-apardi/
Comments
Post a Comment