

Los-Ancelesdə 2-dən 3 mart gecəsinə keçən 97-ci Oscar mükafatlandırma mərasimi ənənəvi olaraq məşhurların qırmızı xalçada paradı ilə başladı.
Kinodünyasının ən gözlənilən gecəsi tanınmış aktyorlar, rejissorlar və sənət cameəsini bir araya gətirdi. Onların qırmızı xalça görünüşləri isə moda tənqidçilərinin və üslub həvəskarlarının diqqət mərkəzində idi.
Oscar 2025: Qırmızı Xalçanın Ən Yadda Qalan Görünüşləri
"Substansiya" filminə görə Oscar-a namizəd olan Demi Mur qırmızı xalçada Giorgio Armani Privé imzalı, dərin dekolteli və uzun tül quyruqlu kristallarla bəzədilmiş libasda göründü. Aktrisanın parıltılı sırğaları və qolbağı görünüşünü tamamladı. Onun qaranlıq, uzun saçları isə zərif dalğalarla düzülmüşdü.
Oscar namizədi olan digər məşhur Synthia Erivo Louis Vuitton markalı, zümrüd-yaşıl rəngdə, geniş ətəkli və barxat detalı olan gözqamaşdıran bir libas seçdi. Onun qırmızı xalçadakı möhtəşəm manikürü də xüsusi diqqət çəkdi.
Synthia Erivo-nun "Wicked: Qərb Cadugərinin Hekayəsi" filmindəki tərəf-müqabili Adriana Grande isə Schiaparelli Haute Couture imzalı, çəhrayı rəngdə, 190 min kristal və qaşla bəzədilmiş möhtəşəm paltarı ilə heyranlıq doğurdu. Korsetli üst hissə, beli vurğulayan pəplum detalı və həcimli ətək görünüşə nağıllardan çıxmış bir hava qatdı. Onun hamar saç düzümü və klassik göz makiyajı isə libası tamamladı.
Selena Gomez Ralph Lauren dizaynında, yumşaq çəhrayı rəngli, klassik xətləri və müasir detalları birləşdirən paltarda qırmızı xalçaya çıxdı. Bu obraz İtaliya və dünya kinosunun əfsanəsi Sofi Lorenin üslubundan ilham almışdı.
Oscar 2025: Kişi Ulduzların Şık Seçimləri
Kişilər əsasən klassik smokinlərə üstünlük verdilər, lakin fərqli üslub sərgiləyənlər də oldu. Oscar namizədi Timoti Şalame Givenchy markalı, açıq sarı rəngdə, dəri kostyumla diqqət çəkdi. O, Cartier zərgərlik nümunələri ilə obrazını tamamlayaraq özünəməxsus üslubunu nümayiş etdirdi.
"Brutalist" filmindəki rolu ilə namizəd olan Adrian Brodi isə Prada imzalı, tünd göy smokin seçdi. Ağ köynək və qara kəpənək qalstuk onun klassik obrazını vurğuladı. Xüsusilə pencəyinin yaxasına taxılmış broş görünüşə fərdi toxunuş qatdı.
Oscar gecəsində Djeff Qoldblyum eklektik və cəsarətli üslubu ilə seçildi. Krem rəngli pencək, bənövşəyi jaket və naxışlı köynək birləşməsi onun özünəməxsus xarizmasını önə çıxardı. Görünüşünü fiolet və yaşıl çalarlarda butonyer, qara klassik şalvar və yaşıl linzalı eynək tamamladı.
Endrü Qarfild isə Gucci imzalı, şokolad rəngli kostyum və tünd bürünc atlast köynək geyinərək qırmızı xalçada fərqli bir görüntü yaratdı. Boynunda qalstuk olmaması ona rahat, amma şık hava qatırdı. Obrazını David Yurman zinət əşyaları və Jaeger-LeCoultre saatı tamamlayırdı. İsti tonlardakı gün eynəkləri isə ona Hollivud ruhu bəxş edirdi.
Həmçinin burada biz mükafata namizədlərin hamısını, burada isə qalibləri yazdıq. https://daylinews-az.com/paltarda-kristallar-ve-ferqli-broslar-2025-oscar-qirmizi-xalca-gorunusleri/
Comments
Post a Comment