Azərbaycan D-8 iqtisadi əməkdaşlıq təşkilatına qoşulur
Martın 7-də Milli Məclis Azərbaycan Respublikasının "İnkişaf etməkdə olan 8 ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Nizamnaməsinə" qoşulmasını təsdiqlədi.

Daylinews-Az-ın məlumatına görə, sənəd Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib. Bildirilib ki, Azərbaycan 22 noyabr 2012-ci ildə İslamabadda imzalanmış D-8 Nizamnaməsinə rəsmi olaraq qoşulur.

Hazırda bu beynəlxalq təşkilatın üzvləri:

- Banqladeş

- Misir

- Nigeriya

- İndoneziya

- İran

- Malayziya

- Pakistan

- Türkiyə

Azərbaycan D-8-in yeni üzvü kimi təşkilat çərçivəsində iqtisadi əməkdaşlığını genişləndirməyi hədəfləyir. https://daylinews-az.com/?p=5002

Comments

Popular posts from this blog