

Məşhur Avropa geyim brendi Bugatti Rusiyadakı fəaliyyətini dayandırır. Daylinews-Az “Vedomosti”yə istinadən xəbər verir ki, brendin Rusiyadakı eksklüziv distribyutoru olan “TK Intermoda” şirkəti ilə bağlı Alfa Bank məhkəməyə müraciət edərək onun müflis elan olunmasını tələb edəcək.
Məlumata görə, “TK Intermoda” 2024-cü ildən etibarən ölkədəki fəal fəaliyyətini tamamilə dayandırıb. Buna səbəb Avropada baş vermiş böyük həcmdə məhsul oğurluğu olub – sifariş olunan məhsullar Rusiyaya çatdırılmayıb, lakin şirkətin onlara dair maliyyə öhdəlikləri qüvvədə qalıb.
Şirkətin sahibi və baş direktoru Maksim Demçukun sözlərinə görə, “Rusiyada fəaliyyətin bərpası üçün imkanlar artıq itib”. Hazırda “TK Intermoda” yalnız məhdud rejimdə fəaliyyət göstərir və digər Avropa brendləri ilə əməkdaşlığı da dayandırmaq üzrədir. https://daylinews-az.com/?p=5540
Comments
Post a Comment