

Roma Papası Fransisk xəstəxanaya yerləşdirilməsindən üç həftə sonra ilk dəfə audio müraciət edib. Daylinews-Az xəbər verir ki, bu müraciət 6 mart tarixində Vatican News portalında yayımlanıb.
"Ürəkdən sizə təşəkkür edirəm, çünki Müqəddəs Pyotr meydanında mənim sağlamlığım üçün dualar edirsiniz. Mən də buradan sizə dua edirəm. Uca Tanrı sizi qorusun və Müqəddəs Məryəm sizə himayədarlıq etsin. Sağ olun", - deyə 88 yaşlı papa katoliklərə xitab edib.
Bu səs yazısı 6 martda Roma şəhərində Müqəddəs Pyotr meydanında keçirilən dua mərasimində səsləndirilib. Müraciətdə onun səsinin zəiflədiyi və nəfəs almaqda çətinlik çəkdiyi aydın hiss olunurdu. https://daylinews-az.com/?p=5007
Comments
Post a Comment