Sovet aktyoru Aleksandr Milokostıy ölü tapıldı
Sovet aktyoru Aleksandr Milokostıy Moskva şəhərindəki mənzilində ölü tapılıb.

Məlumata görə, aktyorun yoxa çıxması ilə bağlı polisə müraciət edilib. Hüquq-mühafizə orqanları Sеваstopol prospektində yerləşən mənzilində onun cəsədini aşkarlayıb. İlkin araşdırmalara əsasən, Milokostıy təxminən 10 gün əvvəl vəfat edib. Ekspertizanın nəticələrinə görə, onun bədənində zorakılıq izləri tapılmayıb.

Aleksandr Milokostıy 8 sentyabr 1956-cı ildə Moskvada anadan olub. O, "Onun Zati-aliləri Adyutantı" filmində polkovnik Lvovun oğlunu canlandıraraq məşhurlaşıb. Aktyor xüsusilə "Pavel Andreyiç, siz casussunuz?" replikası ilə yadda qalıb. Qeyd edək ki, o, bu filmdə orta məktəbdə oxuyarkən çəkilib. https://daylinews-az.com/?p=4931

Comments

Popular posts from this blog