Türkiyədə daha bir faciə: oteldə yanğın iki nəfərin həyatına son qoydu
Türkiyənin Bursa vilayətinin Uludağ bölgəsində yerləşən oteldə güclü yanğın baş verib. Hadisə nəticəsində iki nəfər həyatını itirib. Rəsmi məlumatlara əsasən, yanğın fəaliyyəti yanvar ayında dayandırılmış və qonaq qəbul etməyən oteldə baş verib.

Oteldə qonaqlar olmasa da, yanğın baş verən zaman binada işləyən 12 nəfər əməkdaş olub. Onlar əsasən otelin texniki heyəti və yaxınlıqdakı xizək mərkəzində çalışan işçilər idi. Hadisə yerinə dərhal yanğınsöndürən briqadalar və təcili yardım xidmətləri cəlb olunub. Bütün işçilər təxliyə edilib və alov nəzarət altına alınıb.

Hadisə zamanı zərərçəkənlər arasında Türkiyə Xizək və Snoubord Məşqçiləri Assosiasiyasının rəhbəri Yahya Usta, onun həyat yoldaşı və oğlu da olub. Onlar dəm qazından zəhərlənərək huşsuz vəziyyətdə Uludağ Tibb Mərkəzinə və Bursadakı xəstəxanaya çatdırılıblar. Təəssüf ki, ata və oğulu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, faciədən bir neçə saat əvvəl Yahya Usta sosial şəbəkədə həmin oteldən və yaxınlıqdakı xizək mərkəzindən fotolar paylaşmışdı.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya yanğının səbəbləri ilə bağlı araşdırmanın başladığını açıqlayıb. Yanğının dəqiq səbəbi hələ müəyyənləşdirilməyib. Rəsmi qurumlar otelin həqiqətən yanvardan bəri bağlı olub-olmadığını və hadisə zamanı orada qonaqların olub-olmadığını dəqiqləşdirirlər. https://daylinews-az.com/turkiyede-daha-bir-facie-otelde-yangin-iki-neferin-heyatina-son-qoydu/

Comments

Popular posts from this blog