Çempionlar Liqası:
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində Niderlandın PSV "Eyndhoven" klubu İngiltərənin "Arsenal" komandası ilə qarşılaşdı. Daylinews-Az xəbər verir ki, "Filips" stadionunda keçirilən matç qonaqların 1:7 hesablı inamlı qələbəsi ilə başa çatdı.

"Arsenal" PSV-ni məhv etdi

- 18-ci dəqiqədə Yurriyen Timber hesabı açdı.

- 21-ci dəqiqədə İtan Nvaneri fərqlənərək üstünlüyü artırdı.

- 31-ci dəqiqədə Mikel Merino üçüncü qolu vurdu.

- 43-cü dəqiqədə PSV-dən Noa Lanq penalti zərbəsi ilə fərqi azaltdı.

- 47-ci dəqiqədə Martin Edeqor fərqi artırdı.

- 48-ci dəqiqədə Leonadro Trossard beşinci qolu vurdu.

- 73-cü dəqiqədə Edeqor dubla imza atdı.

- 85-ci dəqiqədə Rikardo Kalafyori son nöqtəni qoydu.

"Borussiya" və "Lill" qalibi müəyyən edə bilmədi

Günün digər matçında Dortmundun "Borussiya" klubu evdə Fransanın "Lill" komandası ilə 1:1 hesablı heç-heçə oynadı.

- 22-ci dəqiqədə "Borussiya"dan Karim Adeyemi hesabı açdı.

- 68-ci dəqiqədə Hakon-Arnar Haraldsson "Lill" adına tarazlığı bərpa etdi.

Cavab oyunları nə vaxtdır?

Qeyd edək ki, bu komandalar arasında cavab oyunları 12 mart, çərşənbə günü baş tutacaq.

1/8 final oyunlarının nəticələri

4 mart

- 21:45 - "Brügge" - "Aston Villa" - 1:3

5 mart

- 00:00 - "Borussiya" (Dortmund) - "Lill" - 1:1

- 00:00 - PSV - "Arsenal" - 1:7

- 00:00 - "Real" - "Atletiko" - 2:1

1/8 final mərhələsinin digər oyunları 6 mart gecəsi keçiriləcək. https://daylinews-az.com/cempionlar-liqasi-arsenal-psv-ni-darmadagin-etdi-borussiya-ve-lill-berabere-qaldi/

Comments

Popular posts from this blog