Xorvatiyanın tanınmış qapıçısı, hazırda Türkiyənin "Fənərbağça" klubunda çıxış edən Dominik Livakoviç həbs təhlükəsi ilə üzləşib. Daylinews-Az portalının Zadarnews-a istinadən verdiyi məlumata görə, Xorvatiyanın Zadar şəhər prokurorluğu futbolçu barəsində araşdırmalara başlayıb. İddialara əsasən, Livakoviç UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Muraç kəndində qanunsuz tikinti işləri aparıb.

Müvafiq qurumlar əraziyə baxış keçirərkən tarixi şəhər divarının qazıntılar zamanı zədələndiyi və bu səbəbdən tikilinin möhürləndiyi aşkarlanıb. Şəhər divarı rəsmi olaraq mədəni irs kimi qorunduğuna görə, bu hadisə hüquqi araşdırmaya səbəb olub.

Qeyd edək ki, futbolçunun hansı cəza ilə üzləşəcəyi aparılan istintaqın nəticəsindən sonra bəlli olacaq. https://daylinews-az.com/fenerbagcanin-ulduz-qapicisi-dominik-livakovic-hebs-oluna-biler/

Comments

Popular posts from this blog