Azərbaycanda 30 aprel 2025-ci il üçün hava proqnozu
30 aprel tarixində Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, bəzi vaxtlarda tutqun hava gözlənilir. Yağıntı ehtimalı azdır. Səhər şimali-şərq küləyi, günorta saatlarında isə cəənub-şərq küləyi ilə əvəz olunacaq.

Daylinews-az.com xəbər verir ki, bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti yayıb.

Bakı və Abşeron yarımadası üzrə proqnoz

- Gecə temperaturu: 8-11°C

- Günorta temperaturu: 15-19°C

- Atmosfer təzyiqi: 769 mm civə sütunundan 763 mm-ə enəcək

- Nisbi rütubət: gecə 70-75%, gündüz 50-55%

Bölgələr üzrə hava şəraiti

Ölkənin bölgələrində əsasən yağıntısız hava müşahidə ediləcək, lakin bəzi yerlərdə günorta saatlarında qısamüddətli yağışlar, ildırım və yerli duman ehtimalı var. Qərb küləyi isə orta gücdə əsəcək.

- Bölgələrdə gecə temperaturu: 7-10°C

- Bölgələrdə günorta temperaturu: 16-21°C

- Dağlıq ərazilərdə gecə: 0-5° şaxta, gündüz: 3-8°C isti https://daylinews-az.com/?p=6327

Comments

Popular posts from this blog