Real Madrid beş futbolçusu ilə yollarını ayırmağa hazırlaşır
8 aprel tarixində Çempionlar Liqasının 1/4 final mərhələsində "Real Madrid" "Arsenal"a 0:3 hesabı ilə məğlub olduqdan sonra klub rəhbərliyi ciddi dəyişikliklər barədə düşünməyə başlayıb. Ağır məğlubiyyətin ardından bir neçə futbolçunun komandadan göndərilməsi qərara alınıb.

Məlumata görə, ayrılacaq futbolçular aşağıdakılardır:

- Luka Modriç – 40 yaşlı ulduzun yaşı artıq onun performansına təsir edir. Klub onunla vidalaşmağa qərarlıdır.

- David Alaba – Müdafiəçinin tez-tez zədələnməsi onu rəhbərliyin gözündən salıb.

- Arda Güler – 20 yaşlı türkiyəli yarımmüdafiəçi oyun vaxtının azlığından narazıdır və bu narazılığını tez-tez mətbuata bildirir.

- Xesus Valyejo – 28 yaşlı müdafiəçi artıq klubun uzunmüddətli planlarında yer almır.

- Lukas Vaskes – 33 yaşlı cinah oyunçusu gəncləşdirilən heyətdə artıq nəzərə alınmır.

Bu qərarlar klubun yenilənmə planlarının bir hissəsidir və məqsəd daha dinamik, gənc heyət formalaşdırmaqdır.

Qeyd edək ki, bu futbolçuların əvəzində yeni transferlərin planlaşdırıldığı da bildirilir. "Real Madrid" – "Arsenal" cavab oyunu 16 aprel tarixində "Santyaqo Bernabeu" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. https://daylinews-az.com/real-madrid-bes-futbolcusu-ile-yollarini-ayirmaga-hazirlasir/

Comments

Popular posts from this blog