

ABŞ Prezidenti Donald Tramp su təzyiqinə dair uzun müddətdir gündəmdə olan problemi həll etmək məqsədilə mühüm bir fərmana imza atıb. Yeni fərmanla əvvəlki administrasiyalar tərəfindən tətbiq olunan duş başlıqlarında su axınına dair məhdudiyyətlər ləğv edilib.
Daylinews-Az saytının Politicoya istinadən verdiyi xəbərə görə, Tramp fərmanı imzalayarkən şəxsi təcrübəsini bölüşüb: “Duşun altında 15 dəqiqə dayanmalı oluram ki, saçlarım islanmağa başlasın. Oradan damcı-damcı axır, bu gülüncdür,” – deyə Tramp bildirib. O qeyd edib ki, zəif təzyiqli su səbəbindən şampunu yumaq çətinləşir və bu, onun məşhur saç düzümünü qoruyub saxlamaqda çətinlik yaradır.
Tramp bir neçə çıxışında duş suyu ilə bağlı çətinliklərini dilə gətirmişdi: “Saç düzümüm hər zaman səliqəli görünməlidir. Amma zəif təzyiqli su bunu mümkünsüz edir,” – deyə vurğulayıb.
Yeni fərmanla birlikdə ABŞ-da duş sistemlərində su axını ilə bağlı əvvəlki enerji qənaəti normaları rəsmi şəkildə ləğv olunur. Trampın bu addımı, xüsusilə də bəzi amerikalılar arasında populyarlıq qazansa da, ekoloji təşkilatlar tərəfindən narahatlıqla qarşılanıb. https://daylinews-az.com/?p=5880
Comments
Post a Comment