

ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi yeni gömrük rüsumları səbəbilə bir sıra aparıcı Avropa avtomobil istehsalçıları Amerika bazarından müvəqqəti olaraq çıxmağa qərar verib. Bu barədə Almaniyanın nüfuzlu Automobilwoche nəşri məlumat yayıb.
Jaguar Land Rover ilk addımı atdı
İlk olaraq Jaguar Land Rover şirkəti ABŞ-a avtomobil ixracını dayandırdığını açıqlayıb. Bu qərar ən azı aprel ayının sonuna qədər qüvvədə olacaq. Şirkət bu müddətdə Trampın 25%-lik idxal rüsumları səbəbindən artan xərcləri kompensasiya etməyin yollarını axtaracaq. Yeni tariflər Böyük Britaniya və Avstriyada istehsal olunan bütün modellərə şamil edilir.
Jaguar Land Rover rəsmiləri bildiriblər ki, ABŞ onların əsas bazarlarından biridir. Son bir ildə (mart 2023 – mart 2024) 430 min avtomobil satıblar və bu satışların dörddə biri ABŞ-da gerçəkləşib.
Audi də ixracı dayandırır
Jaguar Land Rover-dən sonra Audi də ABŞ-a avtomobil göndərmələrini müvəqqəti dayandırdığını bəyan edib. Xüsusilə 2 apreldən sonra ölkəyə gətirilmiş yeni avtomobillər diler şəbəkələrinə göndərilməyəcək və limanlarda saxlanılacaq.
Audi əsasən modellərini Avropa İttifaqı ölkələrində istehsal edir, yalnız Q5 krossoveri Meksikada yığılır. Lakin bütün modellər Trampın tariflərinə məruz qalır.
Avropanın cavabı gözlənilir
Hazırda ABŞ-dakı diler anbarlarında Jaguar Land Rover və Audi modellərindən kifayət qədər ehtiyat mövcuddur. Bununla belə, vəziyyət kritik olaraq dəyərləndirilir və Avropa İttifaqının liderləri, o cümlədən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Trampın tariflərinə mümkün cavab tədbirlərini müzakirə etməyə hazırlaşırlar. https://daylinews-az.com/avropa-avtomobil-nehengleri-abs-bazarini-terk-edir-trampin-rusumlari-effekt-verir/
Comments
Post a Comment