ABŞ Dövlət Departamenti: İstanbul danışıqları konstruktiv keçdi
ABŞ və Rusiya nümayəndə heyətləri İstanbulda keçirilən görüşdə diplomatik münasibətləri sabitləşdirməyə yönəlik yeni dialoq mərhələsinin başlanması ilə bağlı razılığa gəliblər.

Daylinews-az xəbər verir ki, ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin müavini Sonata Koülter ilə Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev arasında baş tutan danışıqlar zamanı qarşılıqlı qıcıq doğuran məsələlərin azaldılması istiqamətində irəliləyiş əldə olunub.

Tərəflər zəruri hal olduqda yaxın zamanda daha bir görüşün keçirilməsi ehtimalını da müzakirə ediblər. Görüşün vaxtı, yeri və iştirakçıların tərkibi hələ müəyyən edilməyib.

Dövlət Departamenti bildirib ki, danışıqlar zamanı ABŞ və Rusiya diplomatik nümayəndəliklərinin bank xidmətləri ilə təmin olunması da əsas müzakirə mövzularından biri olub. Fevralın 27-də baş tutan əvvəlki görüşdə formalaşan konstruktiv atmosfer bu dəfə də qorunub saxlanılıb.

Bundan əlavə, ABŞ nümayəndələri Rusiyada yerli kadrların işə qəbulunda qarşılaşılan çətinliklərə dair narahatlıqlarını ifadə ediblər. Bildirilib ki, bu məhdudiyyətlər ABŞ-ın Moskvadakı səfirliyində işçi heyətinin sabitliyinə mənfi təsir göstərir.

Rusiya tərəfi hələlik danışıqların nəticələri ilə bağlı açıqlama yaymayıb. https://daylinews-az.com/abs-dovlet-departamenti-istanbul-danisiqlari-konstruktiv-kecdi/

Comments

Popular posts from this blog