

Amerikalı pop ulduzu Teylor Svift, reper Kanyye Uestin onun ünvanına sosial mediada söylədiyi nalayiq ifadələrə görə hüquqi yollara əl atıb.
Məşhur reper bu yaxınlarda sosial platforma X-də (əvvəllər Twitter) paylaşdığı yüzdən artıq ismarıcla Teylor Sviftin şəxsi həyatı ilə bağlı sərt ittihamlar irəli sürüb. O, həmçinin Svifti öz peşə karyerasında qarşılaşdığı çətinliklərdə – xüsusilə də Super Bowl-un fasilə zamanı çıxış edənlər siyahısından kənarda qalmasında – təqsirləndirib. Bu paylaşımlardan sonra Teylor hüquqi addım ataraq Kanyyenin susdurulması üçün hüquqi sənədlərlə müraciət edib.
“Kanye bu dəfə həddi aşdı”
Daily Mail-in məlumatına görə, Teylor Sviftin yaxın çevrəsi reperin bu dəfə "həddi aşdığını" bildirib. Onun təkcə Teylor haqqında deyil, həm də Castin Biber və Herri Stayls kimi digər tanınmış simalar haqqında da qeyri-etik və zərərli ifadələr işlətməsi narahatlıq doğurub. Mənbəyə görə, bu sadəcə dedi-qodu deyil, cinsi təcavüz xarakterli, nüfuzu ləkələyən və məqsədli şəkildə peşəkar imicə zərbə vuran addımlardır.
Sviftin hüquqşünasları Uesti dərhal bu davranışlara son qoymaq üçün rəsmi xəbərdarlıq məktubu ilə xəbərdar ediblər. Əks halda, məsələ məhkəməyə qədər çata bilər.
Kanyyenin yeni qalmaqalları
Bir neçə gün öncə Uest, Cey-Zi və Biyonse cütlüyünün uşaqlarını da təhqiramiz yazılarına cəlb etdiyi üçün ictimaiyyətin kəskin tənqidinə tuş gəldi. O, cümə axşamı səhər saatlarında üzr istəsə də, eyni gün daha bir nalayiq açıqlama ilə gündəmə qayıtdı. Bu dəfə Biyonse ilə intim həyatı haqqında qeyri-etik iddialar irəli sürdü. Daha sonra Madonnaya və Eşli Olsenə qarşı da açıq-aşkar təhqiramiz ifadələr işlətdi.
Kanye və Teylor arasında illərdir davam edən düşmənçilik
İki məşhur arasında gərgin münasibət 2009-cu ildə MTV Video Musiqi Mükafatları zamanı başladı. O zaman Kanye Uest Teylorun çıxışını yarımçıq kəsərək, Biyonse'nin qalib olmalı olduğunu demişdi. Sonralar münasibətləri müvəqqəti olaraq düzəlsə də, 2016-cı ildə Kanye'nin “Famous” adlı mahnısında Teylor haqqında qalmaqallı ifadələr işlətməsi düşmənçiliyi yenidən alovlandırdı. Teylor bu sözləri təsdiqləmədiyini desə də, Kanye və onun o zamankı həyat yoldaşı Kim Kardaşyan əksini iddia edirdi. Sızdırılmış telefon danışıqları və sosial mediada qalmaqallar münasibətləri daha da gərginləşdirdi. https://daylinews-az.com/?p=5921
Comments
Post a Comment