

Avropa Komissiyası ABŞ-a qarşı yeni ticarət cavab tədbirləri hazırlayır. İspaniyanın El Pais nəşrinin məlumatına görə, Avropa İttifaqı, əgər Donald Tramp aprelin 2-də vəd etdiyi kimi bütün ölkələrə qarşı tariflər tətbiq edərsə, bəzi Amerika məhsullarının və xidmətlərinin bazara çıxışını tamamilə məhdudlaşdıra bilər.
Plana əsasən, ABŞ şirkətləri Aİ-nin dövlət sifarişləri və büdcə ilə maliyyələşdirilən layihələrində iştirak hüququndan da məhrum edilə bilər. Avropa Komissiyasının yüksək vəzifəli nümayəndəsi bildirib: “Avropanın cavab arsenalında qırmızı xətlər yoxdur”.
Yeni sanksiyaların əsasını yaxınlarda qəbul edilən və yalnız kommersiya deyil, geniş spektrli siyasi və iqtisadi cavab tədbirlərini əhatə edən qanuni mexanizm təşkil edir. Bu alət vasitəsilə Brüssel xarici təzyiqlərə qarşı effektiv müqavimət göstərmək niyyətindədir. Avropa İttifaqı eyni zamanda Cənubi Amerika ölkələri ilə diplomatik təmaslarını artıraraq alternativ bazarlar üzrə əməkdaşlığı gücləndirməyə çalışır.
Bununla belə, bəzi Aİ ölkələri – xüsusilə Fransa, İtaliya və İrlandiya – ABŞ-la mümkün ticarət münaqişəsinin risklərindən ehtiyatlanaraq, Brüsseldən daha təmkinli və ölçülüb-biçilmiş addımlar atmağı tələb edir. https://daylinews-az.com/avropa-komissiyasi-abs-a-qarsi-ticaret-sanksiyalari-hazirlayir/
Comments
Post a Comment