Ursula von der Leyen: Transxəzər Nəqliyyat Dəhlizi Avropa ilə Mərkəzi Asiyanı birləşdirəcək
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa İttifaqı ilə Mərkəzi Asiya ölkələri arasında keçirilən sammit zamanı Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini önə çəkib.

daylinews-az.com-nın xəbərinə əsasən, Ursula von der Leyen bu dəhlizin Avropa ilə beş Mərkəzi Asiya ölkəsi arasında münasibətlərin möhkəmlənməsi baxımından xüsusi rola malik olduğunu bildirib.

“Getdikcə parçalanan dünyada Transxəzər Nəqliyyat Dəhlizi sizin ölkələrinizlə (Mərkəzi Asiyadakı 5 dövlət) Avropa arasında əlaqələri gücləndirəcək. Ancaq infrastruktur hər şey deyil”, – deyə o qeyd edib.

Ursula von der Leyen həmçinin vurğulayıb ki, dəhlizin real fayda verməsi üçün region daxilində sərhəd keçidlərinin sadələşdirilməsi vacibdir:“Həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz ölkələri ilə sərhəd keçidi Qara dənizə çatmaq üçün vacibdir.”

O, çıxışı zamanı Ermənistanla bağlı məsələyə də toxunub və bildirib ki, uzun müddətdən sonra sərhədlərin açılması böyük dəyişikliklərə səbəb ola bilər:“Bu, oyunu dəyişdirəcək. Bu, Avropa ilə Mərkəzi Asiyanı heç vaxt olmadığı qədər yaxınlaşdıracaq.” https://daylinews-az.com/ursula-von-der-leyen-transxezer-neqliyyat-dehlizi-avropa-ile-merkezi-asiyani-birlesdirecek/

Comments

Popular posts from this blog