Azərbaycan məktəblərində ibtidai siniflər üçün yaz tətili başlayır
Azərbaycanda ümumtəhsil məktəblərinin hazırlıq qrupları və ibtidai sinifləri üçün yaz tətili elan olunub. Daylinews-Az.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Nazirlər Kabinetinin “Ümumtəhsil müəssisələrində tədris ilinin müddəti haqqında” qərarına əsasən, yaz tətili 1–5 may tarixlərini əhatə edəcək. Bu müddətdə ibtidai sinif şagirdləri və hazırlıq qrupunun üzvləri dərsdən azad olunacaqlar.

Tətilin bitməsi ilə dərslər 6 may tarixində bərpa olunacaq. https://daylinews-az.com/?p=6360

Comments

Popular posts from this blog