Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Azərbaycanın uzunömürlü və tanınmış sakini Hilal İbrahimov 109 yaşında dünyasını dəyişib. O, 1915-ci ildə anadan olmuş və ölkənin ən yaşlı vətəndaşı kimi tanınırdı.

Hilal İbrahimov ötən gecə vəfat edib. Onun ailəsi olduqca geniş idi – mərhumun 10 övladı (8 qız, 2 oğul), 22 nəvəsi və 18 nəticəsi var.

Qeyd edək ki, bir neçə həftə əvvəl Hilal İbrahimov yıxılaraq sol bud sümüyünün boynunu qırmışdı. O, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında əməliyyat olunmuşdu. https://daylinews-az.com/?p=5588

Comments

Popular posts from this blog