Faik Ağayevdən sərt reaksiya: Nigar Fərhadın sözləri tənqid olundu
Azərbaycanın Xalq artisti Faik Ağayev teleaparıcı Nigar Fərhadın açıqlamasına sərt münasibət bildirib. Kanal S aparıcısı Nigar Fərhadın “atadan məhrum olan qıza oğlumu almaram” fikri ictimaiyyətdə geniş rezonansa səbəb olub və ciddi tənqidlərə tuş gəlib.

Daylinews-Az xəbər verir ki, tanınmış müğənni Fərhadın fikirlərini məsuliyyətsiz və zərərli hesab edib: “Bu qadın nə dediyini bilməyən, məntiqsiz bir insandır. Əgər səs-küy yaratmaq əvəzinə desəydi ki, ‘oğlumu gələcək həyat yoldaşını və kişiləri hörmət etməyən bir qıza almaram’, bu fikir heç olmasa anlaşılır olardı.”

Faik Ağayev fikirlərinə davam edərək bənzər paralel çəkib: “Necə ki, valideyn deyə bilər: ‘Qızımı qadınlara hörmət etməyən kişiyə ərə vermərəm’. Bu başa düşüləndir. Amma bu cür fikir söyləməklə qadın sadəcə mağara dövrünün düşüncə tərzini nümayiş etdirir.”

Müğənni əlavə edib ki, nə dediyini bilməyən bir uşağa məsləhətlə yön göstərmək olar, amma bu yaşda belə düşüncədə olan insanı dəyişmək artıq mümkün deyil. “Bu çox acınacaqlı vəziyyətdir”, – deyə sənətçi vurğulayıb.

Qeyd edək ki, Nigar Fərhadın bu açıqlaması sosial şəbəkələrdə və ictimai müzakirələrdə geniş şəkildə tənqid olunub. Bir çox istifadəçilər onu ayrı-seçkilik yaratmaqda və cəmiyyətə mənfi təsir göstərməkdə günahlandırıblar. https://daylinews-az.com/faik-agayevden-sert-reaksiya-nigar-ferhadin-sozleri-tenqid-olundu/

Comments

Popular posts from this blog